Onlar da “Dünyanın ən gözəl 100 qadını” siyahısındadır - Fotolar

Onlar da “Dünyanın ən gözəl 100 qadını” siyahısındadır - Fotolar

Hər il yayımlanan və məşhurların səbirsizliklə gözlədiyi “Dünyanın ən gözəl 100 qadını” siyahısı açıqlanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda 3 türkiyəli gözəl də var. Onları təqdim edirik:

Sıla Türkoğlu - Uğurlu aktrisalıq karyerası ilə yanaşı gözəlliyi ilə də seçilir. 25 yaşlı aktrisa siyahıda 33-cü yerdə qərarlaşıb.

Özge Yağız - Ekranların məşhur simalarındandır. 27 yaşlı aktrisa siyahıda 43-cü yerdə qərarlaşıb.

Hande Erçel - Xaricdə də milyonlarla pərəstişkarı olan 31 yaşlı aktrisa siyahıda 53-cü yerdə qərarlaşıb.

Siyahının ilk 5 gözəli isə bunlardır: Jasmin Tuks, Nensi Cuel MakDoni, Lisa, Daşa Taran, Sitala

Qeyd edək ki, keçən il bu siyahıda 5 məşhur türkiyəli aktyor yer almışdı. Bu il seçilən aktrisalar ötənilki siyahıda da olub. Lakin siyahıda türkiyəli aktrisalar arasındakı birinciliyə Hande Erçel rəhbərlik edib. Belə ki, ötən il bu siyahıda Hande Erçel 52, Sıla Türkoğlu 69, Özge Yağız isə 78-ci yerdə qərarlaşıblar.





Mənbə: qafqazinfo.az