Demi Mur keçmiş həyat yoldaşının çirkin xəyanətləri haqda danışdı

Demi Mur keçmiş həyat yoldaşının çirkin xəyanətləri haqda danışdı

Məşhur amerikalı aktrisa Demi Mur xatirələrinə aid kitab yazıb və nəşr etdirib. "Daxilindən kənarda” ("İnside out”) adlı kitabda o, həyatının gizli məqamları haqqında danışıb.

Məsələn, 56 yaşlı aktrisa keçmiş həyat yoldaşı Eşton Katçerlə boşanmasına səbəb olan xəyanətləri barəsində söhbət açıb.

Eşton Katçer hər şeydən xəbərdar olduğunu bildirib və kitabın çıxmasına mane olmayıb.

Aktyorun dostu US Weekly jurnalına açıqlamasında bildirib ki, Katçer hər bir şeyin bir gün açıqlanacağını bilirdi və buna hazır idi.

Mur həmçinin Katçerdən hamilə qalmasından və körpənin ana bətnində tələf olmasından bəhs edib. O dövrdə Katçer ona mənəvi dəstək olub.

Kitabın təqdimatı sentyabrın 24-də Nyu-Yorkda olacaq.

Mənbə: sfera.az