Namiq: "Belə şey paylaşanda yazırlar ki, bu, sənə yaraşmır" - VİDEO

Namiq: "Belə şey paylaşanda yazırlar ki, bu, sənə yaraşmır" -

"Mənim imicim çox məsuliyyətli, çətin imicdir. Eyni zamanda, imic olaraq da cəmiyyətlə elə ünsiyyətdəyəm ki, mən onların demək olar ki, hər dediyini etməyə çalışıram".

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu "Söhbət var" verilişində deyib.

Sənətçi sosial şəbəkə hesabında paylaşdığı fotolara diqqətlə yanaşdığını qeyd edib:

"Mən bir yerə söz verərəmsə, mütləq gəlməliyəm. Sənət adamları var ki, söz verirlər, sonra deyirlər “eybi yoxdur”. Bütün söhbətlərdə, ünsiyyətdə bir ağırlıq var. Sən idmandasan, elə şey paylaşmalısan ki, qolun açıq olan kimi, yazırlar ki, “bu, sənə yaraşmır”. Əsasən, estradada elə adam var, deyir “budur, əcəb edirəm”. Adını səmimiyyət qoyduğumuz o biri imic isə, rahatlıqdır. “Əcəb edirəm, yaxşı edirəm””.

Mənbə: bizim.media