"Avroviziya"nın ikinci yarımfinalı BAŞLADI - VİDEO

"Avroviziya"nın ikinci yarımfinalı BAŞLADI -

İsveçin Malmö şəhərində sayca 68-ci nüfuzlu "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.

Bizim.Media xəbər verir ki, 16 Avropa ölkəsini təmsil edən ifaçılar finala çıxmaq üçün mübarizə aparır.

Onlar Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Belçika, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marinodur.

Qeyd edək ki, musiqili yarışmanın finalı mayın 11-də keçiriləcək. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.

Ölkəmizi müsabiqədə Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil etsələrdə finala vəsiqə qazana bilməyiblər.

Mənbə: bizim.media