Arif Babayev təkrar əməliyyat olunacaq

Arif Babayev təkrar əməliyyat olunacaq

"Dizlərimdə biraz ağrılar var idi, sonradan həkimlər müəyyən etdilər ki, qığırdaqlarda yeyilmələr olub".

Bunu "Report"a açıqlamasında hazırda Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində müalicə olunan Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev deyib.

Xalq artisti bildirib ki, diz qapağında yaranan ağrılardan sonra həkimə müraciət edib: "Yəqin ki, bu da yaşla əlaqədardır. Ona görə də işdən icazə alıb bura gəlmişəm. Hazırda müalicələrim davam etdirilir, həkimin yazdığı dərmanları da qəbul edirəm. Ən əsası odur ki, uğurlu əməliyyat keçirmişəm. Mənim üçün narahat olan hər kəsə təşəkkürümü bildirirəm və narahat olmasınlar deyirəm. Hər şey yaxşıdır, qaydasındadır. Şükür Allaha ki, hələ ayaqüstəyəm.Təxminən, 4-5 günə Bakıya qayıdacağam".

Xalq artisti bir müddət keçəndən sonra təkrar əməliyyat olunacağını bildirib.

Qeyd edək ki, 81 yaşlı A.Babayev Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.

Mənbə: report.az