Ramalın öz işinlə məşğul ol dediyi Fatimədən CAVAB: "Onun sözü ilə tam razıyam"- VİDEO

Ramalın öz işinlə məşğul ol dediyi Fatimədən CAVAB: "Onun sözü ilə tam razıyam"- VİDEO

“Millətin zövqünü korlamayın. Fatimə mənim dostumdur deyə ona deməyə ərkim çatır. Xınalarda götürür bəy-gəlin üçün oxuyur. Orada tamaşaçılar telefonla çəkirlər, videoları yayılır, gündəmə gəlir. Başqa ölkədə də baxıb deyirlər ki, Azərbaycan musiqisi bu gündədir. Ona görə də hər kəs öz işi ilə məşğul olsun, xahiş edirəm”.

Bu fikirləri müğənni Ramal İsrafilov “Üçəlli” verilişində rəqqasə Fatimə Fətəliyeva haqqında səsləndirib.

ARB TV-nin “Show news” verilişi məsələ ilə bağlı rəqqasənin özündən münasibət öyrənib:

“Ramal mənim dostumdur. “Qonşum sənə deyirəm, gəlinim sən eşit” fikri ilə o sözü deyib. Onun sözü ilə tam razıyam. Elə öz işimlə məşğulam. Yəni gedib ayaqqabı, paltar satmıram. Xınayaxdı mərasimdə yalnız gəlin üçün şeir deyə bilmərəm, şairə deyiləm axı. Öz məclislərimi şən etmək üçün oxuyuram”.

Mənbə: big.az