Amerikalı reper P.Diddi (Puff Daddy, P.Diddy, əsl adı Sean Combs) Los-Ancelesdəki otelin dəhlizində sevgilisi Kessi Venturaya təpik vurub.
2016-cı ildə baş vermiş hücumun səs yazısını CNN yayımlayıb.
Kadrlarda Kombsın Kessini yerə atması, təpiklədiyi və paltarından tutaraq dəhlizdə sürüydüyü görünür. Bundan sonra qadın reperə qarşı zorakılıq iddiası ilə müraciət etsə də, məhkəmə prosesi baş tutmayıb.
Videonun heç yerdə görünməməsi üçün reperin 50 min dollar ödədiyi iddia edilir.
2024-cü ilin mart ayında reperin evində yeni zorakılıq və insan alveri ittihamları ilə axtarış aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ondan silah və telefonlar götürüblər.
Adəm
Mənbə: publika.az