“Aşk-ı Memnu” serialı ilə məşhurlaşan Fatma Karanfil komaya düşüb.
Aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Vəziyyəti ağırlaşdığı üçün müalicə aldığı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər 4-cü mərhələdə xərçəng diaqnozu qoyulan Karanfilin oyanmasının çətin olduğunu bildirib.
Xatırladaq ki, sənətçi karyerasına 1968-ci ildə “Səs jurnalı” müsabiqəsində üçüncü yeri tutmaqla başlayıb. 1976-1980-ci illərdə Londonda təhsil alan Karanfil döş xərçənginə qalib gələrək 2001-ci ildə sənətinə geri qayıdıb. 2008-ci ildə “Kanal D”də yayımlanan “Aşk-ı Memnu” serialındakı "Şayeste" obrazı ilə yenidən gündəmə gələn Karanfil, “Yeşilçam”ın əfsanəvi filmlərindən olan “Keloğlan”, “Kimse Bilmez” serialında da rol alıb.
Gülnar
Mənbə: publika.az