Rozanın keçmiş ərinin ilk görüntüləri üzə çıxdı – VİDEO

Rozanın keçmiş ərinin ilk görüntüləri üzə çıxdı –

Müğənni Roza Zərgərlinin illər sonra ilk dəfə həyat yoldaşının görüntüləri efirdə nümayiş olunub.

Eənətçinin boşandığı ərinin fotosunu Zaur və Günay Baxşəliyevlilər aparıcısı olduqları “Zaurla Günaydın” verilişində üzə çıxarıblar.

Həmin şəkli görən Roza bu sözlərlə reaksiya verib:

“O şəkildə gəlinlikdə mənəm. Amma bu foto süni intellektlə düzəldilib. Yəni bu foto mənim toy günümdən çəkilməyib (gülür). Bu şəkildə mənim və yanımda duran bəyin üzü orijinal deyil. Söylədiyim kimi süni intellektlə yığılıb. Fotoda bədən həyat yoldaşımındır, amma üzü başqa insanındır. Bu cür addım atmağımın səbəbi odur ki, illər sonra onun əsl simasını nümayiş etdirmək istəmədim. Çünki onun ikinci ailəsi və uşağı var. Bu şəkil isə mənim yeni “Səni verənə şükür” mahnım üçün hazırlanıb”.

Qeyd edək ki, Roza Zərgərli müsahibələrin birində həyat yoldaşının ona rəfiqəsinin dayısı qızı ilə xəyanət etməsini və bu münasibətdən onların övladının dünyaya gəlməsini açıqlamışdı. Bundan sonra Zərgərli ərindən boşanıb.

Rəşad Əliyev

Mənbə: bizim.media