Xoşqədəm: “İçimdə İlhamə Quliyevaya nifrət hissi yaranıb” - VİDEO

Xoşqədəm: “İçimdə İlhamə Quliyevaya nifrət hissi yaranıb” -

Aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı müzakirə yaradacaq açıqlama verib.

Xoşqədəm aparıcısı olduğu “Səni axtarıram” ictimai-sosial verilişində mərhum sənətkardan söz açıb.

X.Hidayətqızı bildirib ki, bir zamanlar İ.Quliyeva ilə yaxın rəfiqə olub:

“Sonradan İlhamə ilə dost olan, vaxtında yanında cəsarət edib danışmayıb, indi danışanlardan deyiləm. Amma bu gün ilk dəfə içimdə o qadına böyük nifrət hissi yarandı. 2003-cü il seçki vaxtı çox həyəcan keçirirdi, mənim evimdə qalırdı”.

Qeyd edək ki, İ.Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun doğma anası Lalə xanım sözügedən proqrama pənah gətirib və övladının itkin düşdüyünü açıqlayıb.

Rəşad Əliyev

Mənbə: bizim.media