Şəhid bacısı Avropa üçüncüsü oldu - Fotolar

Şəhid bacısı Avropa üçüncüsü oldu - Fotolar

Vətən müharibəsi şəhidi kapitan Tural Zeynalovun bacısı Solmaz Zeynallı kyokuşin karate üzrə Avropa çempionatında bürünc medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, o, İspaniyanın Valensiya şəhərində keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Onunla yanaşı Əliqismət Həsənov gümüş, Balaəmi Əhmədov bürünc, Arzuman Həsənov da bürünc medal qazanıblar.




Mənbə: qafqazinfo.az