53 yaşlı Nərgiz Zakirova özündən 11 yaş kiçik şəxslə evləndi - FOTO

53 yaşlı Nərgiz Zakirova özündən 11 yaş kiçik şəxslə evləndi - FOTO

53 yaşlı özbək müğənni Nərgiz Zakirova ailə qurub.

Musavat.com qaynarinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə şəxsi bloqunda danışıb və ABŞ-da nikahın rəsmi qeydiyyatından görüntülər paylaşıb.

"Sən həmişə ən xoşbəxt və çətin anlarımda mənimlə olmusan. Mənə olan səmimi sevgini heç nə qıra bilməz, amma əsas odur ki, məni heç nə və heç kim qıra bilməz. Buna görə sizə sonsuz minnətdaram. Həyatımın yeni səhifəsi başlayıb", deyə müğənni qeyd edib.

Zakirova musiqi komandasının texniki işçisi, özündən 11 yaş kiçik Anton Lovyaqinlə evlənib. Sənətçi etiraf edib ki, yaş fərqi onların münasibətlərinə heç vaxt təsir etməyib, hətta bunu hiss etmirlər. Cütlük 10 ildən artıqdır ki, birlikdədir və indi evləniblər.

Qeyd edək ki, Nərgiz Zakirovanın üç müxtəlif kişidən üç uşağı var. O, 18 yaşında bəstəkar Ruslan Şaripovdan böyük qızı Səbinəni, 1995-ci ildə isə Ernur Kanaibekovdan oğlu Aueli dünyaya gəlib. Müğənninin kiçik qızı musiqiçi Filip Balzano ilə nikahdan dünyaya gəlib, ona Leyla adı verilib. Zakirovanın iki nəvəsi də var - Nuh və Levi.

Onu da qeyd edək ki, Nərgiz Zakirova bi müddət əvvəl "Instagram"da Özbəkistanı etibarsız ölkə adlandıraraq, vətənini tərk etdiyini və hazırda ABŞ yaşadığını bildirib. İzləyicilərdən birinin Özbəkistanın onu doğrudan da qovub-qovmaması ilə bağlı sualını cavablandıran Nərgiz "etibarsız ölkələri özünün qovduğunu" deyib.

Bundan sonra ifaçı İsrail və ABŞ bayraqları ilə şərh verərək, vətəni və bayrağı olduğunu yazıb. Müğənni tezliklə yeni hitləri ilə tamaşaçılarını sevindirəcəyinə söz verib, ruhunun, vicdanının nurlu olduğunu bildirib.

Mənbə: musavat.com