Aparıcı və səfir Şuşada

Aparıcı və səfir Şuşada

Aparıcı Saleh Bağırov Xalq artisti Polad Bülbüloğlu ilə bir araya gəlib.

O, Bülbülün ev muzeyində baş tutan tədbirin aparıcısı olub.

Saleh P. Bülbüloğlu ilə fotolarını paylaşaraq bu sözləri yazıb:

“Vokalçıların Bülbül adına 9-cu Beynəlxalq Müsabiqəsinin Təşkilat Komitəsinin sədri, nəğmələri ilə diyar diyar Vətənimizi tərənnüm edən sənətkar, Xalq artisti Polad Bülbüloğlu. Bu böyük tədbirin hər iştirakçısına, qonağına bəslədiyi həssas münasibət sənətkarlığı və kökə bağlılığının göstəricisidir. Hər anı ilə tarixə tarix yazan Şuşa”.

Mənbə: yenisabah.az