Nüşabə yeni doğulan nəvəsini "dollar yağışı"na tutdu - VİDEO

Nüşabə yeni doğulan nəvəsini "dollar yağışı"na tutdu -

Müğənni Nüşabə Musayeva nənə olub.

Sənətçinin qızı Elnarənin övladı dünyaya gəlib. Nüşabə yeni doğulan nəvəsinin görüntülərini sosial şəbəkə hesabında yayımlayıb.

İfaçı ilk dəfə nənə olduğu üçün sevindiyi bildirib:

"Nənəlik hissini mənə yaşadan Allaha sonsuz təşöəkkürlər olsun. Nəvə övladdan da şirindir. Həyatıma gözəllik, dünyama rəng və xoşbəxtlik qatan nəvəm, xoş gəldin... Adınla böyüyəsən, Selim balam. Atalı-analı, sağlam, xoşbəxt yaşa... Qədəmlərin mübarək olsun".

Kadrlarda Musayevanın nəvəsini "dollar yağışı"na tutduğu görüntülər yer alıb. O, dollarla yanaşı, nəvəsi Selimə qızıl qolbaq da hədiyyə edib.

Xatırladaq ki, Nüşabə Musayevanın qızı ötən il türk vətəndaşı Oğuzhan Kaya ilə ailə qurub.

Sözügedən görüntüləri təqdim edirik:

Mənbə: musavat.com