Rza Zərrabın Mayamidə gizli toyu: görün kiminlə evləndi - FOTO

Rza Zərrabın Mayamidə gizli toyu: görün kiminlə evləndi -

11 ildir evli olduğu məşhur türkiyəli müğənni Ebru Gündeşdən boşanan Rza Zərrabın bursalı Dilara Altıntopla evləndiyi iddia edilir.

Cütlük Mayamidə nikah masasına əyləşib.

Cütlüyün Mayamidə özəl mərasimlə evləndikləri deyilir. Zərrab və Altıntopun sürpriz evliliyi sosial şəbəkələrdə və media ictimaiyyətində geniş əks-səda doğurub.

Zərrab daha əvvəl ABŞ-ın İrana tətbiq etdiyi embarqonu pozmaqda, bank fırıldaqları və çirkli pulların yuyulmasında günahlandırılıb. O, ABŞ-da bir müddət həbsxanada qaldıqdan sonra sərbəst buraxılıb.

Roza

Mənbə: publika.az