Özünü qorumaq üçün sərhədi saxlamaq lazımdır - Aparıcı

Özünü qorumaq üçün sərhədi saxlamaq lazımdır - Aparıcı

"Məndən böyüyəndə kim olacağımı soruşanda deyirdim ki, psixoloq olmaq istəyirəm. Əslində isə bu belə deyildi. Amma incəsənət sahəsində olmaq istədiyimi göstərməyə çalışırdım. Məktəb tədbirlərində həm aparıcı olurdum, həm şeir deyirdim, həm də mahnı oxuyurdum. Kənardan məni həvəsdən salacaq sözləri eşitməmək üçün bu sahəyə yönəlmək istədiyimi demirdim".

Yenisabah.az xəbər verir ki, bunu Baku TV-nin "Qapqara" verilişində Kəmalə Piriyeva deyib.

O qeyd edib ki, yeni tanış olan insanların bir-birinə kifayət qədər səmimi davrandıqlarına inanmır:

"Özünü qorumaq üçün sərhədi saxlamaq lazımdır. İnsanlar özlərini olmaq istədikləri kimi təqdim edirlər".

K.Piriyeva valideynlərinin onu niyə qəbul etmədikləri barədə də danışıb.

Mənbə: yenisabah.az