"TikTok" qalmaqalı: Serdar Ortaçın hesabı ədəbsiz davranışlarına görə bloklandı

"TikTok" qalmaqalı: Serdar Ortaçın hesabı ədəbsiz davranışlarına görə bloklandı

Son zamanlar tez-tez "TikTok"da canlı yayımlar açaraq gündəmə gələn məşhur türkiyəli müğənni Serdar Ortaçın sosial şəbəkə hesabı bağlanıb.

Buna səbəb isə ulduzun "TikTok"dakı canlı yayımlarında söyüşlə danışması olub. Sosial şəbəkə bunu ədəbsiz davranış kimi qeydə alıb. Bundan başqa, o, spirtli içki qəbul etmək və siqaret çəkməklə də platformanın qaydalarını pozub.

Ulduz bu qərara etiraz edib.

"TikTok" hesabımı bağlayıblar, sanki namus cinayəti işlətmişəm kimi hiss edirəm. Mən də "Instagram"a gəldim", - deyə o vurğulayıb.

Mənbə: oxu.az