Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.

DİM-dən verilən məlumata görə, imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 119 nəzarətçi, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

İyunun 24-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Mənbə: qafqazinfo.az