Ülviyyə və Murad AYRILDI - FOTO

Ülviyyə və Murad AYRILDI -

Aktyor cütlük Ülviyyə Xəlilbəyova və Murad İsmayıl ayrılıb.

Bu barədə aktrisa özü məlumat yayıb.

“Mən və həyat yoldaşım heç bir zaman ailəmizlə gündəmdə qalmaq istəməmişik. Müəyyən səbəblər üzündən istəməsək də, belə alındı. 6 il ərzində bu ailəni qorumaq, uşaqlarımız üçün çox çabaladıq. Amma bəzən olmur. Hər iki tərəfin razılığı və qərarı ilə övladlarımızın sağlam psixologiyası üçün münasibətimizi sonlandırdıq. Qərarımıza hörmətlə yanaşan hər kəsə təşəkkürlər!”, - deyə Ülviyyə vurğulayıb.

Qeyd edək ki, cütküyün bu nikahdan iki oğlan övladı var.

Mənbə: bizim.media