Maskın gizli övladı üzə çıxdı

Maskın gizli övladı üzə çıxdı

Şəxsi həyatı ilə tez-tez gündəmə gələn amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın 12-ci uşağının olduğu iddiaları yayılıb.

Bu barədə “Bloomberg”-in dərc etdiyi hesabatda bildirilir.

Maskın “Neuralink” meneceri Şivon Zilisdən daha bir övladının dünyaya gəldiyi iddia edilib. Onun müğənni Qraymsdan 3, əvvəlki münasibətlərindən isə 6 övladı var. 2022-ci ildə isə başqa birindən əkizləri dünyaya gəldiyi ortaya çıxıb.

Son həftələrdə onun “SpaceX”də birdən çox əməkdaşı ilə münasibətinin olduğu da iddia edilir. Hətta onlardan birinin təcrübəçi olduğu bildirilir.

Mənbə: publika.az