“Avroviziya” təmsilçilərimiz bir arada - Video

“Avroviziya” təmsilçilərimiz bir arada - Video

Ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən müğənnilər Aysel Teymurzadə, Nigar Camal və Safura Əlizadə illər sonra bir araya gəliblər.

Onlar şairə və pianoçu Zəhra Bədəlbəylinin toyunda görüşüblər.

Nigar Aysel və Safura ilə birgə lentə aldığı görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Aysel Teymurzadə 2009-cu ildə Araşla, Safura Əlizadə 2010-cu ildə və 2011-ci ildə Nigar Camal həmkarı Eldar Qasımovla “Avroviziya”da ölkəmizi təmsil ediblər.

Müsabiqədə Aysellə Araş 3-cü yeri, Safura Əlizadə 5-ci yeri tutublar. Nigarla Eldar isə birinci yerin sahibi olaraq Azərbaycana qalibiyyət gətiriblər.

Mənbə: qafqazinfo.az