"O, deyir ki, mən nə etmişəm hərə bir yandan üstümə düşüb?"- "Ay Tv"nin direktoru Qənirə Şəmmədqızından danışdı

"O, deyir ki, mən nə etmişəm hərə bir yandan üstümə düşüb?"- "Ay Tv"nin direktoru Qənirə Şəmmədqızından danışdı

"Onun indi vəziyyəti yaxşı deyil. O, şirin bir xanımdır. Onu lağa qoydular. Onun apardığı veriliş çoxlarının verilişindən yaxşıdır".
"Ay Tv"nin direktoru Məleykə Göyçəli son zamanlar sosial şəbəkələrin mövzusu və eyni zamanda qınaq obyektinə çevrilən Ay tv- nin əməkdaşı, "Qızıl Səslər" verilişinin aparıcısı kimi tanınan Qənirə Şəmmədqızı haqqında danışdı.
Sonxeber. az bildirir ki, Məleykə Göyçəli Qənirə Şəmədqızının söz- söhbətlər səbəbindən verilişdən müvəqqəti kənarlaşdığını deyib:
"Onun apardığı veriliş çoxlarının verilişindən yaxşıdır. Həmin xanım ləhcə ilə danışır. Bu gün ləhcə ilə demək olar ki, hamı danışır. Təhqir etmək lazım deyil. O, deyir ki, mən nə etmişəm ki, hərə bir yandan üstümə düşüb? Adamı bu qədər ruhdan salmazlar. O da insandır, anadır, qadındır. Qənirə xanım pis olsaydı, Dünya Televiziyası gündə onu çağırmazdı ki, gəl, bizim kanalda işlə. Onu xoşlayanlar, fanatı olanlar var. Onu pisləyənlərə də əsəb keçirir".
Direktor Qənirə Şəmmədqızının bu durumundan şikayətçi olaraq jurnalistləri də günahlandırıb:
"Jurnalistlər gəlib düzüldülər ki, mənə müsahibə ver. O, heç müsahibə vermək istəmirdi, verəndə də apardılar daha da ələ saldılar. Keçən dəfə jurnalistlər gəlib müsahibə alanda o müsahibəsində danışığına görə müəllim tutduğunu qeyd etdi. O, Novruz Qartaldan dərs alıb. Jurnalistlər onun yaxşı danışıqlarını kəsib vermədilər".
Məleyekə Göyçəli həmçinin Qənirə xanımın hazırda televiziya ilə əməkdaşlığına aydınlıq gətirərək bunları qeyd edib:
"Qənirə xanımı işdən çıxarmamışıq. Özü müvəqqəti olaraq verilişdən kənarlaşıb. Yaxın günlərdə izləyicilərinin istəyi ilə yenidən efirə çıxacaqdır. Artıq Qənirəni tanıyanlar, onun qayıtmasını istəyənlər hədsizdir. Mən demişəm ki, bir - iki ay gözdən, sözdən kənar gəz. O, kanala darıxanda gəlir, amma veriliş aparmır. O gün Ruhəngiz Musəvi, Əjdər Dadaşov, Allahverdi Yolçuyev, Novruz Qartal gəlmişdi və dedilər ki, Qənirə xanımı kim incidib, niyə incidib?"

Şəlalə Babayeva

 

 

Mənbə: sonxeber.az