"ADAM" filmi "AYGÜN CİNEMA"da

"ADAM" filmi    "AYGÜN CİNEMA"da

"AYGÜN CİNEMA"da 25.09.2019 tarixdə "ADAM" filminə möhtəşəm, şou proqramlı "İMZA GÜNÜ" keçirildi. Tədbirdə tanınmış müğənnilərin ifası gələn qonaqları şənləndirdi. "ELİN KURSU"nun tələbələrinin möhtəşəm performansları qonaqların diqqətini cəlb etdi.

"AYGÜN CİNEMAN"nın rəhbəri MURAD bəy çıxışında qonaqları salamladı, filmin quruluşçu rejissoru, ssenari müəllifi və layihə rəhbəri AMİL ƏLİOGLUna uğurlar arzu etdi. Filmin çəklişini və süjet xətdini yüksək qiymətləndirdi.

Sonda tamaşaçılar tədbirdən razı qaldığını bildirib, filmin aktyorlarından imza aldıqdan sonra filmi izlədilər.

Filmin premyerası çox böyük marağa səbəb olub, çünki, Azərbaycanda ilk dəfə olaraq tam fərqli formada film ekran üzü görüb və qala gecəsi tam fərqli formada keçirilib.
Ssenaristləri Amil Əlioğlu və Sadiq Nasirov olan film qorxu, triller janrındadır.
Tamaşaçıların bildirdiyi fikrə görə film xarici filmləri xatırlatdı. Hətda filmi izlədikləri zaman halı pisləşənlərdə olub. Tədbir yüksək səviyyədə təşkil edilmişdir. Şou proqram təşkil edilərək, "ELİN KURSU"nun tələbələri möhtəşəm performans göstərmişlər. Təqdimatda bir sıra yüksək vəzifəli hökümət və qeyri hökümət rəsmiləri, Qazilər, tanınmış incəsənət xadimləri, media nümayəndələri iştirak etmişdilər. Ailə zorakılığına qarşı çıxmasaq, uşaqların yaşına aid olmayan işlərdən çəkindirməsək, yarana biləcək fəsadların nəticəsi, filmin əsas süjet xətdidir.
Filmin quruluşçu rejissoru və layihə rəhbəri AMİL ƏLİOGLU qeyd edibki "ADAMI ADAMLIQDAN ÇIXARDAN ADAMDIR" bu filmin başlıca sloqanıdır. Uşaqların gözü qarşısında azda olsa zorakılıq görməsinə səbəb olsaq, cəmiyyət üçün cinayətkar və psixopat "ADAM" böyüməsinə səbəb ola bilərik.
Sonda zaldakı taçaşaçılar filmin yaradıcı kollektivini ayaq üstə alqışlamaları, uğurlu işin bariz nümunəsi olmuşdur.

Quruluşçu rejissoru: AMİL ƏLİOGLU
Quruluşçu operator: MƏTLƏB YAQUBOĞLU
Quruluşçu rəssam və protexnik: AMİL ƏLİOGLU
Montaj rejissoru: FİRDOVSİ A. NƏBİYEV
Rejissor: İBRAHİM ƏBİLOV
Rej. Asistenti: XANIM SADIQOVA
Qrim: ŞƏFA CABBAROVA
İşıqçı: MƏHƏMMƏDƏLİ ASLANOV
Bəstəkar: İFFƏT ƏSGƏROV
Mix master: MAHİR ORDUBADİ İBRAHİMOV.
Təşkilatçı və piar menecer: LALƏ QƏZƏNFƏR
Təşkilətçı: ELŞƏN ƏLİYEV

Ekran işində Amil Əlioğlu, Mehriban Quliyeva, Rəşad Səfərov, Zülfiyyə Məmmədova, Lena Xosrovova, Arzu Abdulova, Murad Abdullayev, Elvina Atakişiyeva, Elvin Ağayev, İbrahim Əbilov, Gülnar Məmmədova və başqaları rol almışdır.

Mənbə: azpress.az