"Əgər o çıxmasaydı, mən gedəcəkdim"

Kəmalə Priyeva ötən gün "Maşın şou"-da gözlənilməz açıqlama səsləndirilib.

Sonxeber.az Big.az-a istinadən xəbər verir ki, şounun iştirakçısı, aparıcı Kəmalə Priveya "Maşın" realiti-şousunun "Maskarad" adlı sürətində Aysun İsmayılovanın oyundan getməməsi təqdirdə hər şeyin fərqli olacağını bildirib:

" Əgər o çıxmasaydı, mən evə gedəcəkdim. Evdə istirahət edəcəkdim, yeyəcəkdim, içəcəkdim. Amma xoş olmayan bir halda gedəcəkdim. Çünki, inanırdım ki, o, məni çıxarmayacaq".
Qeyd edək ki, Aysun şouda aktyor Məcid Hüseynovu çıxaracağını desə də, oyunda qaldığı təqdirdə sağ göstərib, sol vuracağını dilə gətirib.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova davam etdirir.

 

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Sabiq nazirin hegemonluğuna nə zaman “dur” deyiləcək? - Füzuli Ələkbərov zülmü ərşə qalxıb

SONRAKI XƏBƏR

Türk qoşunları Qamışlının qərbində YPG terrorçularına zərbələr endirib