Çəkildiyi reklama görə pul istəmədi

Çəkildiyi reklama görə pul istəmədi

Türkiyənin məşhur aktyoru Nejat İşler haqqında yayılan yeni bir iddia ilə gündəm olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialarda bank reklamına çəkilən aktyorun əməyi qarşılığında ödəniş istəmədiyi bildirilib.

Belə ki, o bunun əvəzində tələbələr üçün təqaüd istəyib. Məlumata görə, bank Nejatın tələbini qəbul edib.

Xəbər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər aktyorun bu davranışını yüksək qiymətləndirib.

Mənbə: qafqazinfo.az