Xəstəxanadan evə buraxılan Ofeliya Sənaninin SON DURUMU - AÇIQLAMA

Xəstəxanadan evə buraxılan Ofeliya Sənaninin SON DURUMU - AÇIQLAMA

Xalq artisti, tanınmış diktor Ofeliya Sənani xəstəxanadan evə buraxılıb.

Regionxeberleri.com bildirir ki, Yenicag.az-a açıqlama verən diktor səhhətindən danışıb:

“Dünən evə gəldim. Yaxşıyam, amma hələ ağrılarım var. Həkim nəzarəti altında müalicəm davam edəcək”.

Xalq artisti xalqın ona olan sevgisindən kövrəlib:

“Hərdən adamlar deyir ki, varım-dövlətim, bir neçə yerdə evim olaydı. Amma əsas olan xalqın sevgisidir. Mən xəstələnəndə milyonların sevgisini hiss etdim. Onların duası məni sağaltdı. Özümü çox xoşbəxt insan sayıram, bu sevgi məni ayaqda tutdu. Demək ki, illərim boşuna keçməyib. Efirdə görüb sevənlər məni yaddan çıxarmayıblar. Hər kəsə qucaq dolusu salamlarımı göndərirəm”.

Mənbə: www.regionxeberleri.com