Maşın şouda gözlənilməz gediş

Maşın şouda gözlənilməz gediş

"Maşın şou"nun növbəti buraxılışı daha bir gözlənilməz oyunla yadda qalıb.

Publika.az xəbər verir ki, SMS səsverməsinə aparıcı Lalə Mustafayeva çıxsa da, nəticələr elan olunmazdan əvvəl oyunu müğənni Niyam Salami tərk edib.

İddia olunur ki, müğənni yutuber Suna Kasımoğlu ilə müsahibə edib. Bundan sonra da Niyam əlini maşından çəkərək oyundan getməyə qərar verib.

Lalə Mustafayeva isə sonda 51,24 faiz səs toplayaraq yarışmada qalıb. O, yarışmadan heç kimi kənarlaşdırmayıb.

Qeyd edək ki, yarımfinalın bir addımlığında maşın uğrunda müğənnilər Ramal İsrafilov, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu mübarizə aparır.

Mənbə: publika.az