Filipp Kirkorovun rekvizitlərini daşıyan yük maşını çay sahilində ilişıb qaldı

Rusiyanın estrada ulduzu Filipp Kirkorovun rekvizitlərini daşıyan yük maşını Komi Respublikasında Peçora çayının sahilində ilişib qalıb.

Müğənninin mətbuat katibi “Life” portalına bildirib ki, hadisə artistin konsert qrafikinə təsir etməyəcək.

“Hər bir şey qaydasındadır. Belə çətinliklərdən keçib tamaşaçılara şou göstərmək istəyən az adam tapılar”, - deyə o bildirib.

Qeyd edək ki, oktaybrın 30-da Filipp Kirkorov Bakıya 2 günlük qastrol səfərinə gələcək.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Türkiyənin üç nazirini sanksiya siyahısına əlavə edib

SONRAKI XƏBƏR

Esper Türkiyəyə qarşı: NATO-dan tələb edəcəm...