Kıvançdan xəyanət iddialarına cavab gecikmədi

Kıvançdan xəyanət iddialarına cavab gecikmədi

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ xəyanət iddialarına cavab verib.

Axşam.az xəbər verir ki, aktyor xəbər yayanları məhkəməyə verəcəyini deyib.

"Son günlərdə haqqımda yayılan xəbərləri oxuyub susuram. Mənim aktyorluğum və gördüyüm işlərlə bağlı fikir bildirə, tənqid edə bilərsiniz. Lakin bir neçə gündür evliliyim haqqında yayılan şaiyə ailəmin müqəddəsliyinə kölgə salır.

Heç bir sənəd və sübut olmadığı halda, mediada evliliyimə zərər verən xəbərlər yayılıb.

Həmin reklam filmi 2013-cü ildə çəkilib. Bu xanımla həmin vaxtdan bəri görüşməmişəm.

Görüşmədiyim, əlaqə qurmadığım biri ilə adımı necə hallandıra bilərsiniz? Bu xəbərə görə, mən məhkəməyə müraciət edəcəyəm” deyə, Tatlıtuğ bildirib.

Mənbə: axsam.az