Məşhur aktyor evləndi

Türkiyəli aktyor Çağkan Çulha vəkil sevgilisi İpek Ertuğrul ilə nikah masasına oturub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il nişanlanan cütlüyün toyunda yaxınları və dostları onları tək qoymayıb.

Ç. Çulha toydan fotosunu sosial şəbəkədə paylaşaraq "Yazsam, çox sey yazaram. Ancaq başın çiynimdə və sözlərim ürəyimdə qalsın istəyirəm. İki ildə çox şey yaşadıq, gözəl ailə olmağı çoxdan öyrəndik" deyə, yazıb.

Qeyd edək ki, "Hayat bilgisi", "Adanalı", "Muhteşem yuzyıl" seriallarında rol alan sənətçi, aktrisa Mine Mutlunun oğludur.  

 

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər

SONRAKI XƏBƏR

Timati ikinci dəfə ata oldu