Özbək müğənni yarışmada “Bayatı-Şiraz”ı oxudu - VİDEO

Özbək müğənni yarışmada “Bayatı-Şiraz”ı oxudu -

Özbəkistanlı müğənni Dilnoza Akbarova ölkəsində “O səs Özbəkistan” yarışmasına damğa vurub.

Bizim.Media xəbər verir ki, ifaçı sözügedən yarışmada Azərbaycanın “Bayatı-Şiraz” muğam dəstgahını səsləndirib.

Özbək müğənninin ifası zalda əyləşən tamaşaçıları heyrətləndirib.

Maraqlıdır ki, jurilər arasında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov da olub.

Həmin ifanın videosunu təqdim edirik:

Bizim.Media

Mənbə: bizim.media