Cennifer ərə getdi

Cennifer ərə getdi

Hollivud ulduzu Cennifer Lourens art-qalereya sahibi olan nişanlısı Kuk Maroney ilə nikah masasına oturub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, toy ABŞ-ın Rod Ayland ştatında keçirilib.

"Oskar"lı aktrisanın "Dior" markalı gəlinlik geydiyi bildirilir. Toy mətbuata qapalı şəraitdə keçirilib. Paparazzilərin mərasimdən fotolar çəkə bilməməsi üçün çətirlərlə önləm alınıb. Toya məşhurların axın etdiyi bildirilir.

 

Mənbə: axsam.az