HƏKİMİ DANIŞDI: Amaliya Pənahovanın xərçəng olduğunun yayılmasını görün kim qadağan edibmiş-İNANILMAZ

HƏKİMİ DANIŞDI: Amaliya Pənahovanın xərçəng olduğunun yayılmasını görün kim qadağan edibmiş-İNANILMAZ

Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova bu gün səhər saatlarında dünyasını dəyişib. Aktrisanın onkoloji xəstəlikdən vəfat etdiyi haqda məlumat yayılıb.

Kokteyl.az sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli A.Pənahovanın onkoloji xəstəlikdən əziyyət çəkdiyini və uzun zamandır müalicə olunduğunu təsdiqləyib.

Ancaq o, məsələ barədə geniş danışmaq istəmədiyini bildirib:

"Amaliya xanımın qızı anasının xəstəliyi barədə məlumat yayılmasını istəmir. Bu səbəbdən ətraflı məlumat verə bilməyəcəm. Allah rəhmət eləsin".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xalq artistinin ölümü ilə bağlı Təcili Tibbi Yardım Xidmətinə çağırış daxil olmayıb. Bu hal da o ehtimalı yaradır ki, A.Pənahova müalicə aldığı xəstəxanada — Milli Onkologiya Mərkəzində vəfat edib.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov isə açıqlamasında qeyd edib ki, hazırda Amaliya Pənahova ilə vida mərasimi və harada dəfn olunması məsələsi müzakirə edilir.

Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova 1945-ci ildə anadan olub. Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru kimi çalışıb. Azərbaycanın xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı olub.

Mənbə: kokteyl.az