Instagram və tik-tok sosial şəbəkələrində əsasən əxlaqsız videolar, şəkillər və geyimləri ilə məşhurlaşan Ramina Abbasova nədən, kimdən cürətlənibsə millətin hamısının yaxşılıq bilmədiyini yazıb və ölkədəki bütün kişiləri təhqir edib. Bəli, yalnış oxumadınız, millətin hamısını və bütün kişiləri. Səviyyəsiz videolar çəkməkdən başqa heç bir uğuru olmayan bu şəxs görəsən haradan və kimdən alıb bu cürəti?! Yazdığı statusun isə hər sətirindən, hər sözündən "yüksək intellekt və savad" özünü biruzə verir. Odur ki, elə onun statusunu olduğu kimi, heç bir düzəliş etmədən qeyd edirik.
"Bu da son
Bu günnən sonra mənnən hec kim hecnə istəməsin!
Yigmasın
Yazmasın
Nə nömrə nə yer nə çəkiliş üçün insan nə maşın nə o nə bu
Baxdım
Bu millət yaxşılıq bilmir!!!!!!!
Cox saq ol da dəmir amma preztenziya verir soybət eliyir.
Gedin
Yaxşılıq bilmirsizsə o qədər borzuysuz lap yaxşı
Kişi da deyilsız
Vallah bu ölkədə kişi yoxdur day!
40 yaşı olsa 18 yaşı olsa hamı eyni (sonluğa da nəcis emojisi əlavə edib)"
Biz də
YPX.AZ olaraq səlahiyyətli şəxslərdən, hüquq mühafizə orqanlarından xahiş edirik ki, millətin hamısını təhqir edib ölkədəki bütün kişiləri təhqir edən bu şəxs haqqında vaxtında, gecikmədən ölçü götürülsün. Soruşulsun görək Ramina Abbasova 18 yaşdan 40 yaşa qədər olan kişilərin hamısını haçan "yoxladı" ki, onlar onu qane etmədi və o, ölkədə kişi olmadığı qərarına gəldi?
Mənbə: ypx.az