Ukraynaya növbəti dəfə belə dəstək oldu - FOTO

Ukraynaya növbəti dəfə belə dəstək oldu -

Özbəkəsilli rusiyalı müğənni Nərgiz Zakirovanin yeni döyməsi müzakirələrə səbəb olub.

Sənətçi yeni döyməsini instaqramda nümayiş etdirib.

“RBK-Ukrayna” yazır ki, döymədə ukraynalı siyasətçi, inqilabçı Stepan Banderanın fotosu yer alıb.

Qeyd edək ki, Daşkənddə doğulan rusiyalı ifaçının ABŞ vətəndaşlığı var. Onu Rusiya Prezidenti Vladimir Putinin Ukrayna və Krımla bağlı siyasətini dəstəkləməkdə ittiham edirdilər. Bunların fonunda Zakirova həbs olunmaqdan qorxaraq 2017-ci ildə Odessada planlaşdırılan konsertlərini ləğv etmişdi.

O, 2019-cu ildə Kseniya Sobçaka müsahibəsində bildirmişdi ki, Rusiyada olduğu müddətdə özünü təhlükəsizlikdə hiss etmir.

2022-ci ilin fevralında isə Nərgiz tamamilə fərqli mövqe sərgiləməyə başlayıb – o, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatı qınayıb, Kreml siyasətini kəskin tənqid edib. Bu mövqeyinə görə Zakirovanın Rusiyaya girişi 50 il müddətinə qadağan edilib.

Mənbə: qafqazinfo.az