Xalq artisti Vaqif Behbudovun doğum günüdür

Xalq artisti Vaqif Behbudovun doğum günüdür

Bugün Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoymuş rejissor, operator, ssenari müəllifi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş Xalq artisti Vaqif Behbudovun doğum günüdür.

Vaqif Qulam oğlu Behbudov (03.11.1938, Bakı) –1961-ci ildə Sank-Peterburq Dövlət Kino və Televiziya Universiteti bitirib; öncə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkib.

“Gözlük”, “Danışan işıqlar”, “Qırmızılar, qaralar və başqaları”, “İlham”, “Göyçək Fatma”, “Ustalar, qızıl əllər”, “Yayın bir günündə”, “Sağ ol, dostum”, “Basatın igidliyi”, “Xeyirli nağıl”, “Qız qalası”, “Qurbanəli bəy”, “Qara leylək”, “Sehirli çıraq”, “Başlanğıc”, “Analar və laylalar” adlı cizgi filmlərinin rejissoru və operatoru olub.

V.Behbudov operator olaraq “Üzeyir Hacıbəyov”, “Bizim Şamama”, “Təsnif”, “Şövkət Ələkbərova” və b. sənədli filmlərdə işləyib.

Rejissor kimi “Nailə”, “Kamil”, “Özümlə heç nə aparmayacağam”, “Əbədi zirvə”, “Müslüm Maqomayev-55”, “Mənlə mən arasında”, “Azərbaycan Respublikasının Təhlükəsizlik orqanları”, “Sənsiz”, “Bağlı qapı”, “Sənsiz”, “Kərpickəsən kişi”, “İlmələrdə yaşayan həyat”, “Sirli səlnamələr”, “Girdiman”, “Yeraltı şəhərin izi ilə”, “Lahıc”, “Azərtac-85”, “Bakı SOS uşaq kəndi” sənədli filmlərini çəkib. Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında ödüllərə layiq görülüb.

Xalq artisti uzun illər “AzərbaycanTeleFilm” Yaradıcılıq Birliyində Operatorlar qrupunun rəhbəri,

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifələrində sənətə təşkilati xidmətlə də fərqlənib.

Vaqif Behbudov “Humay” Milli Mükafatı laureatıdır.

Hörmətli sənətkarı bir daha təbrik edir, yeni yaradıcılıq uğurları diləyirik!

Mənbə: moderator.az