Xalq artisti Yalçın Adıgözəlovun anadan olmasının 60 illiyi qeyd olunub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) akademiyanın professoru Xalq artisti Yalçın Adıgözəlovun anadan olmasının 60 illiyi qeyd edilib.

Open.az xəbər verir ki, tədbirdə BMA-nın rektoru, Xalq artisti, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli Yalçın Adıgözəlovun Azərbaycan musiqi mədəniyyətindəki böyük xidmətlərindən, səmərəli fəaliyyətindən bəhs edərək, onu yubiley münasibəti ilə təbrik edib.

Tədbir konsert proqramı ilə davam edib.

Konsertdə bəstəkar Evdard Qriqin “Holberq” suitası, Bella Bartokun “Rumın rəqsləri”, Jean Sibeliusun “Vals Triste” kompozisiyası ifa olunub. Xalq artisti, professor Yeganə Axundovanın ifasında Georgi Sviridovun Kamera orkestri üçün musiqisi, solist Tamerlan Adıgözəlovun ifasında Vasif Adıgözəlovun Fortepiano və orkestr üçün 1 saylı konserti (II hissə) və Prelüd N.1 səsləndirilib.

Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Xəyal Əliyevin ifasında Astor Piazzolanın “Oblivion” əsəri dinlənilib.

Open.az

ƏVVƏLKİ XƏBƏR

27 yaşlı canidən İYRƏNC ƏMƏL: 18 aylıq oğlan uşağına bir ay təcavüz etdi

SONRAKI XƏBƏR

Bu şadlıq evləri və restoranlar bağlana bilər - Nazirlikdən xəbərdarlıq