Əbədiyyətə pənah aparan - VİDEO

Əbədiyyətə pənah aparan - VİDEO

Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib.

1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

Kimi onu "Qərib cinlər diyarında" filmindəki rolunu xatırlıyır başqa biri isə "Babək" filmindəki Zərnisə rolu ilə.

Əbədiyyətə pənah aparan böyük sənətkar ruhun şad olsun.

Mənbə: www.realtv.az