Lənkəran teatrı Lerikdə qastrol səfərində olub

Lənkəran teatrı Lerikdə qastrol səfərində olub

Lənkəran Dövlət Dram Teatrı Lerikdə qastrol səfərində olub.

"Report"un xəbərinə görə, еeatrın truppası Lerik Rayon Mədəniyyət Evinin səhnəsində Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının 120 illik yubileyinə töhfə olaraq dövlət sifarişi ilə hazırlanmış ədibin “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə çıxış edib.

Tamaşaçıların maraqla seyr etdikləri bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Rolları aktyorlardan Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.

Tamaşadan sonra Lənkəran teatrının aktyorları Lerikdəki Bayraq Meydanında keçirilən ümumrayon tədbirinə qatılaraq Vətənə, bayrağımıza dair şeirlərlə çıxış ediblər.

Mənbə: report.az