"40 il birlikdə yaşadığı xanımının dəfninə belə gəlmədi..."

Tanınmış rusiyalı teleaparıcı Andrey Malaxov Kseniya Sobçakın "Ehtiyatlı olun, Sobçak!" YouTube" layihəsinin qonağı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, K.Sobçaka müsahibəsində Andrey Malaxov digər rusiyalı teleaparıcı Vladimir Poznerdən də danışaraq Poznerin peşəkarlığına şübhə etmədiyini, lakin bir şəxsiyyət kimi ona münasibətinin yaxşı olmadığını bildirib. "Vladimir Pozner 40 il bir yerdə yaşadığı xanımını atandan, xərçəng xəstəliyindən vəfat etmiş həmin xanımının dəfninə belə gəlməyəndən sonra... Mən televiziyaya başqa cür yanaşıram. Biz peşəkarlıqdan danışırıq. Peşəkarlığı və insani keyfiyyətləri bir-birindən ayırmaq mümkün deyil. Mənim üçün bu, həmişə belə olacaq. Mən başqa cür yaşaya bilmirəm. Mən Poznerin xanımını şəxsən tanıyırdım. O mənim verilişlərimdən birinin qəhrəmanı da olmuşdu", - deyə A.Malaxov vurğulayıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Cəsarətli, zərif və dəbli... - FOTO

SONRAKI XƏBƏR

Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...