Erməni əsilli məşhur sovet aktyoru Armen Ciqarxanyan Moskvadakı mənzilini Heydər Əliyev sayəsində alıbmış... - VİDEO

Erməni əsilli məşhur sovet aktyoru Armen Ciqarxanyan Moskvadakı mənzilini Heydər Əliyev sayəsində alıbmış...  - VİDEO

Ermənilərin Azərbaycandan və azərbaycanlılardan gördüyü yaxşılıqların saymaqla bitməyəcəyi bəlli həqiqət olsa da, vaxtaşırı ortaya çıxan yeni faktlar insanı yaxşı mənada təəccübləndirir. Düşünürsən ki, insan istənilən halda mahiyyətindən uzaqlaşa bilmir – nə azərbaycanlı xeyirsevərliyindən, nə də erməni niyyətipozuqluğundan...

Belə faktlardan biri də bu günlərdə Rusiya televiziyasının “Dmitri Qordonun qonağı olarkən” verilişində ortaya şıxıb. Verilişin qonağı məşhur sovet aktyoru, erməni əsilli olsa da Azərbaycana simpatiyasını heç vaxt gizlətməyən Armen Ciqarxanyan olub. Söhbət əsnasında Qordon qonağa belə bir sual ünvanlayıb:”Sizin Moskvadakı mənzilinizi Heydər Əliyevin sayəsində aldığınız doğrudurmu?” Ciqarxanyan isə cavabında, faktı təsdiqləməklə yanaşı, olayın maraqlı tarixçəsini də danişib. Bildirib ki, həmin ərəfədə məşhur “Tehran-43” filminin çəkilişləri üçün Azərbayanda olublar və Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev onları qəbul edib. Bundan sonra Heydər Əliyev SSRİ Nazirlər Kabinetinin sədr müavini vəzifəsinə irəli çəkilib və dostlarından biri mənzillə bağlı problemini çözmək üçün ona məhz Heydər Əliyevə müraciət etməyi məsləhət görüb. “Məktubla müraciətimin ardından Heydər Əliyev mənə zəng etdi və məsələ həll olundu” deyən aktyor onu da bildirib ki, məşhur bir deyimdə deyildiyi kimi, onun dostları və düşmənləri yoxdur, yalnız maraqları var.

Sözügedən verilişdən həmin sual-cavabın yer aldığı videonu təqdim edirik:

SAMİRƏ

Mənbə: www.baki-xeber.com