Şerlok Holmsun real adam olduğu üzə çıxdı

Artur Konan Doylun məşhur personajı Şerlok Holmsu tanımayan yoxdur. Amma çoxları bilmir ki, o, qəhrəmanlarını heç də həmişə uydurmurdu. Məsələn, elə Holms özü real həyatdan götürülüb.

7News.Az xəbər verir ki, ingilis tarixçi Ancela Bakli istəyinə çatıb. O, Şerlok Holmsun Mançesterdən polis zabiti olduğunu bildirir. Cerom Kaminada 19-cu əsrin 80-ci illərində ingilislər arasında çox məşhur olub. Artur Konan Doyl ilk dəfə 1887-ci ildə əsərində bu obraza müraciət edib.

Niyə Kaminada? Çünki onun çox parlaq obarı vardı. Düzdür, yazıçı bəzi xarakterik cizgiləri dəyişib. Amma oxşarlıq xeyli çoxdur.

Kaminada 1844-cü ildə Mançesterin Dinsqeyt rayonunda irland ana və italyan atanın ailəsində doğulub. 24 yaşında polisə işə düzəlib. Cəmi 4 il sonra detektivlər şöbəsinə keçirilib. Məşhurluq da burada gəlib.

1888-ci ildə Kaminada haqda hamı danışırdı. 1225 cinayətkarı dəmir barmaqlıqlar arxasına göndərmişdi. Həyatına azı 10 dəfə sui-qəsd etməyə çalışıblar. Onun əsas rəqibi Mançesterdə 1 nömrəli cinayətkar sayılan Bob Horric olub.

Horric mükəmməl riyaziyyatçı idi. Amma bu həyatı cinayətkar aləmin kralı olmağa dəyişmişdi. Məhz professor Moriartinin prototipi də odur. Detektivlə qarşıdurmaları 20 il sürüb. Sonda Kaminada rəqibinə nisbətən tapançaya əlini daha tez ata bilib.

Deyilənə görə, maraqlı əsərlərin yaranmasında Konan Doylun dostu, Edinburq universitetinin professoru Cozef Bellin də az rolu olmayıb. Cozef istənilən pasiyentin peşəsini müəyyənləşdirə bilirmiş. Onun qəribə iybilmə qabiliyyəti olub. Yəni qarşısındakının peşəsini bununla müəyyənləşdirirmiş. Evində apardığı kimyəvi təcrübələrdə yazıçının kömək etdiyi az olmayıb.

7News.Az

7news.az

ƏVVƏLKİ XƏBƏR

Baş nazirdən sürücülük vəsiqələri ilə bağlı mühüm - QƏRAR

SONRAKI XƏBƏR

Roza Zərgərli azyaşlını diz çökdürən kişini verilişdə biabır etdi: "Sən,hansı millətdənsən?"+VİDEO