“ABŞ-ın “birinci xanımı” olacaq?” - Əri Kardaşyanı gülüş obyektinə çevirdi

“ABŞ-ın “birinci xanımı” olacaq?”   - Əri Kardaşyanı gülüş obyektinə çevirdi

Amerikalı repçi, erməni əsilli model Kim Kardaşyanın həyat yoldaşı Kane Uest 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkisində iştirak edəcək.

Bu barədə onun özü açıqlama verib.

Repçi seçkidə qalib gələcəyi halda, ABŞ-da işsizlərin sayını azaldacağını bildirib.

Uestin çıxışı zalda gülüş doğurub, iddiası ironiya ilə qarşılanıb: "Nə gülürsünüz? Mən kifayət qədər ciddiyəm”.

Kanenin qeyri-ciddi görünən iddiası Kim Kardaşyanı da məsxərə mövzusuna çevirib. Sosial şəbəkə istifadəçilərindən biri Uestə belə cavab verib: "Kim Kardaşyan ABŞ-ın birinci xanımı olacaq? Məncə, Rihanna daha yaxşıdır. Ən azı ölkə üçün çox iş gördü”.

Kane Uestin keçən il üzərində ABŞ prezidentinə dəstək şüarı ilə Oval ofisdə Donald Trampla görüşməsi kəskin reaksiyaya səbəb olmuşdu./teleqraf

Mənbə: xezerxeber.az