"Yeni Ulduz"un iştirakçısı Aygün türk ərindən danışdı

"Yeni Ulduz"un iştirakçısı Aygün türk ərindən danışdı

Türkiyəyə ərə gedən Aygün İsmayılova Miyak bir müddətdir Bakıya qayıdıb.

Axşam.az xəbər verir ki, sənətçi boşanması ilə bağlı iddialara cavab verib. O, "Hüseynova bacıları" verilişində "Boşanmısan" sualına belə cavab verib:

"Geri dönüş biletini almamışam. Hələ burada qalacam. Boşanmamışıq, Allah etməsin. 2013-cü ildə ərə getmişəm, iki övladım var. Qohumlarım, ailəm uşaqlarımı görmək istəyirdi, gəldim".

Qeyd edək ki, Aygün Haluk adlı şəxslə ailə qurub.

Mənbə: big.az