Anar Ağakişiyevin növbəti möhtəşəm əl işi - VİDEO

Tanınmış stilistin budəfəki qəhrəmanı Sofa Həsənin 18 yaşı var və o, çox ağır bir xəstəlikdən əziyyət çəkir.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, stilist Anar Ağakişiyev növbəti əl işini nümayiş etdirib. O, Sofa adlı xanımla hazırladığı videoçarxı öz "Instagram" hesabında paylaşıb.

Stilist videoya bu sözləri əlavə edib: "Bu gün mənim qəhrəmanım Sofa Həsəndir. Onun 18 yaşı var və o, adını çəkmək istəmədiyim çox ağır bir xəstəlikdən əziyyət çəkir."

Qeyd edək ki, stilist Anar Ağakişiyev indiyə qədər Flora Kərimova, Gülyanaq Məmmədova, Nüşabə Ələsgərli, aktrisa Həmidə Ömərova, Nahidə Orucova və digər ünlü isimlərin makiyajını edib. Həmçinin o, Nikol Şerzinger, İrina Şayk, Alsu kimi ulduzların stilisti olub.

Milli.Az

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Aşıq Samirənin "Bayraq günü" layihəsi

SONRAKI XƏBƏR

Salyanda "VAZ" aşdı, ölən və yaralanan var