Bu da Samira Əfəndinin 3 ölkədə çəkdirdiyi “Yol ayrıcı”- VİDEO

Bir neçə gün öncə Qazaxıstanın “Voice Of Nursultan” festivalında və Belarusiyanın Minsk şəhərində Azərbaycan gənclər günü münasibəti ilə konsert proqramı ilə ölkəmizi təmsil edən müğənni Samira Əfəndi bu günlərdə daha bir yeniliyə imza atıb.

Yeni mahnısı olan “Yol Ayrıcı”nı sevənlərinə təqdim edən Əfəndi sözügedən bəstəyə ekran həyatı verib.

Open.az xəbər verir ki, mahnının sözləri və musiqisi Muxtar Abseynova, aranjimanı Fərhad Musayevə, RAP hissəsi isə Aid-ə məxsusdur.

Qeyd edək ki, ekran işinin rejissorluğu Ruslan Əhmədova, montajı isə Alex Anişenkoya həvalə edilib.

“Yol Ayrıcı” mahnısına çəkilən payız əhval ruhiyəli klip Fransa, İsveçrə və Türkiyədə lentə alınıb.

Klipi aşağıdakı linkdən izləyə bilərsiniz:

 

Open.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağda 2800 yaşı olan eksponatlar TAPILDI

SONRAKI XƏBƏR

Paytaxtımızda fərqli mənzərə - Monitorlarda Dövlət bayrağı dalğalandı