Rusiyalı aktyor dəhşətli qəzada öldü - VİDEO

Rusiyalı aktyor dəhşətli qəzada öldü - VİDEO

Rusiyanın Krasnoyarsk vilayətindən olan aktyor Viktor Bubenkov dəhşətli qəza nəticəsində ölüb.

Hadisənin baş vermə anı aktyorun avtomobilindəki təhlükəsizlik kamerasına əks olunub və görüntülər “YouTube” video portalında yerləşdirilib.

Görüntülərdən məlum olur ki, 64 yaşlı aktyor buzlu yolda sürət həddini düzgün seçməyib və nəticədə idarəetməni itirib.

Avtomobil qəza zamanı yol kənarındakı ağaclara çırpılıb. Aktyor hadisə yerində dünyasını dəyişib.

Mənbə: www.oxu.az