Qazax-Çin birgə filmi beynəlxalq mükafat aldı

Qazax-Çin birgə filmi beynəlxalq mükafat aldı

İlk Qazaxıstan-Çin birgə filminin bəstəkarı Los-Ancelesdə keçirilən illik "Qızıl ekran" mərasimində dörd mükafata layiq görülüb.

Cebhe.info xəbər verir ki, bu barədə "Kazakfilm" kinostudiyasının mətbuat xidmətindən məlumat verilib.

Film "Ən yaxşı birgə istehsal", "Ən yaxşı qadın rolu”, "Ən yaxşı kişi rolu" və "Ən yaxşı musiqi" mükafatlarına layiq görülüb.

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev bəstəkarın uğurlarını xüsusi qeyd edib. "Elbaşı filmi təriflədi", - deyə, prezidentin “tvitter”dəki nümayəndəsi Aidos Ukibay yazıb.
İyunun əvvəlində Qazaxıstanda yayımlanan film, İkinci Dünya Müharibəsi illərində Almatıda məşhur qazax bəstəkarı Baxıtcan Baykadamovun ailəsində yaşayan Çin bəstəkarı Xi Sinxayın həyat və yaradıcılığından bəhs edir.

Sevinc Tapdıqqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info