“Özbəkistandan sevgilərlə” adlı konsert proqramı keçiriləcək

“Özbəkistandan sevgilərlə” adlı konsert proqramı keçiriləcək

Bakıda ilk dəfə noyabrın 22-23-də Heydər Əliyev Sarayında Özbəkistanın muğam və estrada ulduzları – Azərbaycanda keçirilmiş Beynəlxalq Muğam Festivalının qalibi, Əməkdar artist Yulduz Turdiyeva və estrada ulduzu, əməkdar artist Uluqbek Raxmatullayevin iştirakı ilə “Özbəkistandan sevgilərlə” adlı konsert proqramı keçiriləcək.

Open.az xəbər verir ki, konsertin qonaqları qismində Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Fərqanə Qasımova, Ədalət Şükürov və Təyyar Bayramov, tanınmış meyxanaçı Tərlan Novxanı və başqaları iştirak edəcəklər.

Tədbir Özbəkistanın “First Art Media” və “Artel” şirkətlərinin təşkilatı dəstəyi ilə keçirilir.

Biletləri Heydər Əliyev Sarayının kassasından və şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

Ülviyyə Həsənqızı

Mənbə: open.az