Ali Sunaldan qızı və atası ilə bağlı duyğusal paylaşım

Ali Sunaldan qızı və atası ilə bağlı duyğusal paylaşım

Türkiynin əfsanəvi aktyoru Kemal Sunalın oğlu Ali Sunal atasının doğum günündə sosial şəbəkədə paylaşım edib.

Axşam.az xəbər verir ki, o, qızı ilə birgə fotosunu paylaşaraq, ürək sözlərini yazıb.

"Canım qızım Narin. İlk xəstəxanadan çıxdığın gün babanla tanış etmişdim səni. Ürəyi gözəl və dünyanın ən yaxşı güldürən insanıdır o. Sən onu görməsən də, inanıram ki, o səni görür və hər zaman yanındadır. Bu gün dünyanın ən yaxşı insanının doğum günüdür. Yaxşı ki, doğulmusan, canım atam. Narinimin mələk babası" deyə, o,  qeyd edib.

Sənətçinin paylaşımından məşhurlar da yan keçməyib və ürək sözlərini yazıblar.

Mənbə: axsam.az